Bu ölkədən rekord sayda əcnəbi deportasiya olunub

Baş səhifə

Bakı. Trend:

Argentina 2025-ci ilin dekabr ayının əvvəlindən bəri təxminən 5
min əcnəbi Argentinadan deportasiya edib və ya ölkə ərazisinə
buraxmayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Argentina hökumətinin sədri Manuel Adorni bunun rekord göstərici
olduğunu bildirib.




“Son iki ay ərzində təxminən 5 000 əcnəbi ölkədən çıxarılıb,
əraziyə buraxılmayıb, saxlanılıb və ya deportasiya edilib. …
Sərhədlərdə, limanlarda və hava limanlarında nəzarətin
gücləndirilməsi sayəsində bu, rekord rəqəmlərdir”, – deyə o, “WhatsApp” kanalında yazıb.

Adorninin sözlərinə görə, dekabr ayında 2 400 əcnəbi ölkədən
çıxarılıb və ya Argentinaya buraxılmayıb, yanvarın əvvəlindən isə
bu rəqəm 2 300 nəfər olub.

2025-ci ilin mayında Argentina Prezidenti Xavyer Miley ölkənin
miqrasiya qanunvericiliyini sərtləşdirən fərman imzalayıb. Sənəd
xüsusilə ölkəyə giriş və vətəndaşlıq əldə olunması məsələlərinə aid
normaları sərtləşdirir. Yeni norma həmçinin Argentinada cinayət
törətmiş əcnəbilərin deportasiyasını sadələşdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir