
Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda geniş
mənada pul kütləsinin həcmi (M3 aqreqatı) 49,860 milyard manat
təşkil edib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 3,365 milyard manat və ya 7,2 faiz çoxdur.
Bundan savayı, 2025-ci ilin sonuna olan vəziyyətə görə manatla
pul kütləsinin həcmi (M2 aqreqatı) 40,393 milyard manat olub ki, bu
da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,741 milyard manat və
ya 10,2% çoxdur.
Hesabat dövründə M1 pul aqreqatının həcmi isə 32,183 milyard
manata bərabər olub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 2,536 milyard manat və ya 8,6% çoxdur.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda
fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin
sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369
nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım
8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil
edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri
49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat
olub.

