
Bakı. Trend:
2025-ci ilin sonuna olan vəziyyətə görə, manatın dövretmə sürəti
3,20 bənd təşkil edib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.
Məlumata görə, bu göstərici 1 dekabr 2025-ci illə müqayisədə
0,18 bənd və ya 5,3%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə
0,25 bənd və ya 7,2% azdır.
Beləliklə, 2025-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə,
Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 3,38 bənd
təşkil edib, 2024-cü ilə olan vəziyyətə görə isə 3,45 bənd
olub.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda
fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin
sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369
nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım
8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil
edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri
49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat
olub.

