Tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş verəcək – Rəhman Hümmətov

Baş səhifə

Bakı.Trend:

Tramvayın bir çox üstünlükləri var. Tramvaylar yüksək
sərnişindaşıma qabiliyyətinə malikdir, ekoloji cəhətdən təmizdir,
uzunömürlüdür (istismar müddəti 50 ilə qədərdir) və xüsusi yollarla
hərəkət etdiyinə görə tıxaca düşmür.

Trend xəbər
verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdə
nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu
illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr
olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

O bildirib ki, tramvaylar avtobus və trolleybuslarla müqayisədə
daha rahat və sürətli hərəkəti təmin edir:




“Tramvaylar vasitəsilə irihəcmli sərnişin axınlarının sürətli və
rahat şəkildə mobilliyini təmin etmək mümkündür. Tramvaylar ilk
növbədə həmin dəhlizlər üzrə olan avtobus marşrutları ilə
inteqrasiya olunur. Burada avtobuslar əlaqələndirici rol oynaya
bilir, yəni sərnişinlər bu nəqliyyat növü vasitəsilə tramvay
dayanacaqlarına çata bilirlər. Digər tərəfdən, əgər həmin dəhlizlər
üzrə metro və ya dəmiryolu stansiyalari mövcuddursa, tramvaylar
mütləq şəkildə həmin stansiyalarla da inteqrasiya olunurlar. Bu
zaman sərnişinlər səyahətlərini özlərinə uyğun və rahat nəqliyyat
növləri ilə davam etdirə bilirlər”.

R.Hümmətov əlavə edib ki, dünya təcrübəsi göstərir ki, tramvay
xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı baş
verir, dolayısı ilə yeni iş yerləri açılır ki, bu da tramvayın daha
bir üstünlüyüdür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir