Ombudsmana yeni səlahiyyət veriləcək

Baş səhifə

Bakı. Trend:

“Uşaq hüquqları haqqında” qanun layihəsi uşaq hüquqlarının
həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə,
nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə Ombudsmanın
vəzifə və səlahiyyətlərinin müəyyən ediləcək.

Trend xəbər
verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə
Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
bugünkü iclasında deyib.

S.Əliyeva xatırladıb ki, 2023-cü ildə “Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəticəsində
Ombudsmanın mandatı genişləndirilib.




“Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin
monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizm
funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit
olunub:

“Ombudsmanın qeyd olunan səlahiyyəti qüvvədə olan “Uşaq
hüquqları haqqında” Qanunda da təsbit edilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK)
sədri Bahar Muradova isə vurğulayıb ki, qanun layihəsində dövlət
uşaq siyasətinin əlaqələndirilməsi (AQUPDK), həyata keçirilməsinə
nəzarəti (dövlət nəzarəti mexanizmi) və monitorinqi (Ombudsman) ilə
baglı məsələlərin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir