Bakıda keçiriləcək WUF13-ə qatılmaq üçün 10 min-dən çox iştirakçı qeydiyyatdan keçib

Baş səhifə

Bakı 17–22 may tarixlərində keçiriləcək WUF13-ə ev sahibliyi etməkdən böyük qürur duyur.

APA xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev paylaşım edib.

O bildirib ki, artıq 158 ölkədən 10 mindən çox iştirakçının qeydiyyatdan keçməsi, Forumun dayanıqlı, inklüziv və davamlı şəhər inkişafı üçün mühüm beynəlxalq platformaya çevrildiyini göstərir.

“Bütün tərəfdaşları və maraqlı tərəfləri bu vacib dialoqa qoşulmağa dəvət edirik. İndi qeydiyyatdan keçin və Bakıdakı WUF13-ün bir hissəsi olun”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir