Çində Nipah virusuna qarşı potensial dərman hazırlandı

Baş səhifə

Bakı. Trend:

Çində hazırlanmış COVID-19-a qarşı preparat Nipah virusuna qarşı
mübarizədə də effektiv ola bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə “South China Morning
Post” qəzeti tədqiqat nəticələrinə əsasən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Uhan Virusologiya İnstitutunun
mütəxəssisləri əvvəlcə koronavirus infeksiyasının müalicəsi üçün
yaradılmış “VV116” adlı antivirus preparatının Nipah virusuna
yoluxma zamanı nəzərəçarpacaq terapevtik təsir göstərdiyini müəyyən
ediblər. Sınaqlar qızılı hamsterlər (dağ siçanları) üzərində
aparılıb.




Tədqiqatçıların məlumatına görə, “VV116″nın ağızdan qəbulu
laboratoriya heyvanlarının sağqalma səviyyəsini 66,7%-ə yüksəldib,
eyni zamanda infeksiyanın əsas hədəf orqanları hesab olunan
ağciyərlərdə, dalaqda və baş beyində virus yükünü əhəmiyyətli
dərəcədə azaldıb.

Çinli virusoloqlar bildirirlər ki, əldə edilən nəticələr ilk
dəfə olaraq preparatın Nipah virusuna qarşı terapevtik potensialını
təsdiqləyir. Onların qiymətləndirməsinə əsasən, dərman həm yüksək
risk qrupları – o cümlədən tibb işçiləri və laboratoriya
əməkdaşları üçün profilaktik vasitə kimi, həm də mövcud və mümkün
gələcək xəstəlik ocaqları zamanı əlçatan müalicə preparatı kimi
istifadə oluna bilər

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir