
Bakı. Trend:
Fransa hökuməti dövlət qulluqçularının ABŞ-a məxsus
videokonfrans platformalarından, o cümlədən “Zoom”, “Microsoft
Teams” və “Google Meet”dən istifadə etməsini qadağan etməyi
planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə “Politico”ya Fransa hökumətinin
nümayəndəsi məlumat verib.
Qəzetin məlumatına görə, yaxın günlərdə məmurları öz
videokonfrans xidməti “Visio”dan istifadə etməyə məcbur edən
göstəriş dərc ediləcək. Platforma Fransa şirkəti “Outscale”in
infrastrukturunda fəaliyyət göstərir və artıq dövlət orqanlarının
təxminən 40 min əməkdaşı tərəfindən istifadə olunur.
Hökumət istifadəçi sayını 250 min nəfərə çatdırmağı
planlaşdırır. Bundan savayı dövlət müəssisələrində və qurumlarında
xarici alternativlərə texniki baxımdan giriş məhdudiyyətinin
qoyulacağı istisna edilmir.
Xatırladaq ki, bundan əvvəl Fransa dövlət orqanlarında
“WhatsApp”dan və “Telegram”dan istifadə məhdudlaşdırılıb və milli
messencer olan “Tchap” istifadəyə keçiilib.

