Azərbaycanda problemli kreditlərin məbləği illik ifadədə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin
məbləği 524,5 milyon manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.

Məlumata görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 33,1
milyon manat və ya 5,9% azdır.




Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 75,4 milyon
manat və ya 16,8% artıb.

Bu ilin yanvarın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit
portfelində xüsusi çəkisi 1,6% təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir