
Bakı. Trend:
“Napoli” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu haqda insayder Canluka di Marzio
məlumat yayıb .
A seriyası təmsilçisi “Sportinq”in braziliyalı hücumçusu Alisson
Santosla razılaşıb.
23 yaşlı futbolçu ötən yay 2,1 milyon avroya “Vitoriya”dan
Portuqaliya klubuna keçib və mövsümün ilk hissəsində 29 matçda (676
dəqiqə) 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Qeyd olunub ki, Alissonun “Napoli” ilə müqaviləsu 2031-ci ilin
yayına qədər olacaq.

