İnternetdə söyüş söyənlər, soyunanlar cəzalanacaq

Baş səhifə
Videonun alt yazısı,

İnternetdə söyüş söyənlər, soyunanlar cəzalanacaq

Hökümət internetdə söyüş, təhqir kimi yozulacaq hərəkətlərə və insan bədəninin göstərilməsinə, fahişəliklə məşğul olmağa çağırışlara görə cəzalar müəyyən edib.

Bunlar İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə göstərilir. Prezident İlham Əliyev dəyişikliyi təsdiqləyib.

Yeni dəyişikliyə görə, internetdə fahişəliyə açıq çağırışlar və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə bağlı sövdələşmə 500 manat cərimə ilə cəzalandırılacaq.

İnternetdə söyüş söyənlər, təhqiramiz hərəkətlər edənlər və ya bədənin hissələrini əxlaqa zidd şəkildə göstərənlər 500–1000 manat cərimə olunacaq.

Ancaq əxlaqa zidd şəkildə göstərmək nədir, bu, qanunda izah olunmur. Söhbət bədənin hansı hissələrindən gedir, bu da məlum deyil.

Hökümət deyir ki, bu, informasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik göstərən davranışlardır.

Bundan başqa, insanlara zor tətbiq etmədən, hədələmədən və ya əmlaka zərər vermədən edilən, cəmiyyətə açıq hörmətsizlik sayılan davranışlar xırda xuliqanlıq kimi qiymətləndiriləcək.

Belə davranışlar inzibati həbs və ya cərimə ilə cəzalandırılacaq.

Məcəlləyə əsasən, xırda xuliqanlığa görə 50 manatdan 100 manatadək cərimə nəzərdə tutulur.

Qanuna görə, əgər şəxsin davranışı ağır qiymətləndirilsə, ona 15 günədək inzibati həbs verilə bilər.

Qanuna görə, cərimələnmə kifayət etməzsə, şəxs 30 günədək inzibati həbs oluna bilər.

Əgər xəta bir il ərzində təkrar törədilərsə cərimə 1 000 manatdan 2 000 manatadək olacaq. O da kifayət etməzsə cəzalandırma 1 aydan 2 ayadək inzibati həbs ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir