
Bakı. Trend:
2025-ci ildə Azərbaycanda Real Vaxt Rejimində Hesablaşmalar
Sistemi (AZIPS) vasitəsilə aparılmış əməliyyatların ümumi həcmi
99,4 milyard manatı, say baxımından isə 304,3 min ədədi ötüb.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumatlara görə, 2024-cü ilin eyni ayı ilə müqayisədə bu
sistemdə həyata keçirilən əməliyyatların həcmi 20 milyard manat və
ya 25,2%, sayı isə 48,7 min ədəd və ya 19,1% artıb.
2024-cü ildə AZİPS vasitəsilə həyata keçirilən əməliyyatların
həcmi 79,4 milyard manat, sayı isə 255,6 min ədəd olmuşdu.
Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda
fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin
sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369
nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım
8% və ya 2,026 nəfər olub.
2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil
edib.
Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri
49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat
olub.

