Peskov: Putin əl-Şaraa ilə Suriyadakı Rusiya bazalarının mövcudluğunu müzakirə edəcək

Baş səhifə

Rusiya hərbçilərinin Qamışlıdakı aerodromdan çıxarılması məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əl-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.

Silahlı Qüvvələrimizin Suriya Ərəb Respublikasında yerləşdirilməsi məsələlərinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir”, – Peskov bununla bağlı Müdafiə Nazirliyinə müraciət olunmasını tövsiyə edib.

Peskov Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir