Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit
qoyuluşlarının həcmi 526,476 milyon manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 1,1 milyon
manat və ya 0,2%, ötən ilin eyni dövrünə nisbətən isə 53,2 milyon
manat və ya 11,2% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının
orta faiz dərəcəsi 19,73%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 525,945 milyon manatı
milli valyutada, 531 min manatı isə sərbəst dönərli valyutada (SDV)
yerləşdirilib.




Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi
rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə
2 milyon manat və ya 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə
17 milyon manat və ya 2,8 dəfə artaraq 26,516 milyon manata bərabər
olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,42%
təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 17,484
milyon manatı milli valyutada, 9,033 milyon manatı isə sərbəst
dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi
rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 552,992 milyon
manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanın cəmi
regionları üzrə kredit qoyuluşlarının həcmi 30,063 milyard manata
bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 377,5 milyon
manat və ya 1,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,6
milyard manat və ya 9,4% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir