2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə aparılan əməliyyatların göstəriciləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda bankomatlar vasitəsilə nağd pul
çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyat olub və bu
əməliyyatların ümumi dəyəri 4,6 milyard manat təşkil edib.

Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına (AMB) istinadən məlumat yayıb.

2024-cü illə müqayisədə bankomatlar vasitəsilə nağd pul
çıxarışları 137 min əməliyyat və ya 0,8 faiz, dəyər ifadəsində isə
466 milyon manat və ya 10,7 faiz artıb.

2024-cü ildə Azərbaycanda bankomatlar vasitəsilə nağd pul
çıxarışlarının ən yüksək sayı 16,8 milyon əməliyyatla 4,6 milyard
manat təşkil etmişdi.




Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə Azərbaycanda
fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin
sayı 87, bankomatların sayı isə 3 486 təşkil edib.

Hesabat ayında bank sektorunda çalışanların sayı 1,4% və ya 369
nəfər artaraq 27,389 nəfərə çatıb. İlin əvvəli ilə müqayisədə artım
8% və ya 2,026 nəfər olub.

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət
göstərən bankların cəmi aktivləri 57,086 milyard manat təşkil
edib.

Məlumata əsasən, hesabat dövründə bankların məcmu öhdəlikləri
49,744 milyard manat, balans kapitalı isə 7,343 milyard manat
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir