
Bakı. Trend:
2025-ci il icmal büdcənin gəlirləri 47,955 milyard manat,
xərcləri isə 44,652 milyard manat icra olunub.
Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
İcmal büdcədə 3,303 milyard manat məbləğində büdcə artıqlığı
(profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin gəlirləri 8,089 milyard manat, xərcləri 7,518
milyard manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri
242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi
Sığorta Fondunun büdcəsinin gəlirləri 2006,0 milyon manat, xərcləri
2,418 milyard manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun
büdcəsinin gəlirləri 17,169 milyard manat, xərcləri 14,586 milyard
manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin
gəlirləri 451,0 milyon manat, xərcləri 445,6 milyon manat təşkil
edib.

