Ötən il azad edilmiş ərazilərə 5 milyard manata yaxın pul qoyulub

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4,466 milyard manat
vəsait ayrılıb.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Məlumata görə, həmin vəsaitin 3,782 milyard manatı və ya 84,7
faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı
və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin,
258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu
(investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2
faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin
payına düşür.

“2025-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas
dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o
cümlədən əmək haqları, müavinətlər, pensiyalar, işğaldan azad
olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları
və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər
zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə
yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət
xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında
tam və vaxtında təmin edilib”, – məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir