Kallas Avropa dövlətlərinə çağırış edib

Baş səhifə

Bakı. Trend:

Avropa ölkələri Şimali Atlantik Alyans (NATO) çərçivəsində
aparıcı rolu öz üzərinə götürməlidir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici
siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya
Kallas bildirib.

“NATO öz gücünü qoruyub saxlamaq üçün daha çox avropalaşmalıdır.
Bunun üçün Avropa hərəkətə keçməlidir. Məsələn, təhlükəsizlik və
müdafiə sahəsindəki təşəbbüslərimizin NATO-nu tamamlayan mexanizm
olaraq qalmasını təmin etməliyik”, – deyə Kallas vurğulayıb.




Onun sözlərinə görə, Avropa ölkələri “yeni reallıqlara
uyğunlaşmalıdır”, xüsusilə də “Vaşinqtonun artıq cazibə mərkəzi
olmadığı” şəraitdə.

Bundan əlavə, o, Aİ-də mövcud qərar qəbuletmə mexanizminin ideal
olmadığını bildirib. Kallasın fikrincə, üzv ölkələr arasında
“siyasətdə fərqliliklərin” olması normaldır, lakin “ir ölkənin veto
hüququnun digərlərinin siyasətini müəyyənləşdirməsinə yol vermək
olmaz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir