Milli Məclisin sədri Omana səfərə gedib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman
Sultanlığına rəsmi səfərə gedib.

Trend xəbər verir ki, bu
barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
məlumat yayıb.

Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin
başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura
Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd
bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın
Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər
qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir
sıra görüşləri nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir