
Bakı.Trend:
2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları
nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin
və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında
məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə
ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri
həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.

