Ukraynada Aİ ölkəsinin səfirinə etiraz notası təqdim olunub

Baş səhifə

Bakı. Trend:

Macarıstanın Kiyevdəki səfiri Ukraynanın Xarici İşlə Nazirliyinə
çağırılıb. Orada ona Macarıstanın Kiyevin maliyyələşdirilməsinin
dayandırılmasına dair çağırışlarına etiraz notası təqdim
olunub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici
Ticarət Əlaqələri Nazirliyinin rəhbəri Peter Siyarto bəyan
edib.

Siyarto bildirib ki, Kiyevin bu addımı Macarıstanı Ukrayna ilə
bağlı öz siyasi kursunu dəyişməyə vadar etməyəcək.




“Ukraynalılar macar xalqının milli petisiya çərçivəsində [Avropa
İttifaqının rəhbərliyinə] Brüsselin və Kiyevin Macarıstanın
pullarını Ukraynanın fəaliyyətinin və silahlandırılmasının
maliyyələşdirilməsinə yönəltmək məsələsinə öz mövqeyini
bildirməsinə, bir daha öz narazılıqlarını ifadə ediblər”, – deyə
Siyarto yazıb.

Nazir eyni zamanda vurğulayıb ki, Ukrayna hakimiyyəti son
günlərdə Macarıstan hökumətinin üzvlərinə, o cümlədən Baş nazir
Viktor Orbana qarşı dəfələrlə kobud təhqirlərə yol vermələrinin
səbəbini izah etməyib. Siyyartonun sözlərinə görə, bu cür ifadələr
Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Ukraynanın xarici
işlər naziri Andrey Sibiqa tərəfindən səsləndirilib

Bundan əvvəl Viktor Orban ölkəsinin korrupsiya səbəbindən
Ukraynaya vəsait göndərməyəcəyini bəyan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir