Manatla yeni kredit qoyuluşları xarici valyutadakını 9 dəfəyə yaxın üstələyir

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 3,624
milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 474,6 milyon manat və ya 15,1%
çoxdur.

Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 3,258 milyard
manatını milli valyutada (manat) kreditlər təşkil edib.

Milli valyutadakı yeni kreditlərin 987,8 milyon manatı
qısamüddətli, 2,271 milyard manatı isə uzunmüddətli olub.




Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 366,1 milyon
manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu
kreditlərin də 196,6 milyon manatı qısamüddətli, 169,5 milyon
manatı isə uzunmüddətli kreditlər olub.

2025-ci ilin yanvarın 1-nə olan göstəricilərlər müqayisədə
2026-ci ilin yanvarın 1-nə milli valyutada qoyulmuş yeni kreditlər
436 milyon manat və ya 15,4%, xarici valyutada qoyulmuş yeni
kreditlər isə 38,6 milyon manat və ya 11,8% artıb.

Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları
xarici valyutadakıları 2,892 milyard manat və ya 8,9 dəfə
üstələyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir