“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət
şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin yanvar ayında
2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib.

Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün
beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9
milyon manat həcmində vəsait cəlb edilib.




Ötən il ərzində dövlət şirkəti beynəlxalq və yerli bazarlarda
ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün
satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir
439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il)
müqayisədə 43 faiz çoxdur.

Qeyd edək ki, dövlət şirkəti fəaliyyət göstərdiyi müddət ərzində
ümumilikdə 560,5 min unsiya qızıl və 1,04 milyon unsiya gümüş
satışını həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manat
dəyərində vəsait cəlb edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir