Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuş
əmanətlərin həcmi 100,701 milyon manat təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 5,2 milyon
manat və ya 4,9% az, 2025-ci ilin yanvarın 1-nə olan göstərici ilə
müqayisədə isə 12,5 milyon manat və ya 14,1% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin
orta faiz dərəcəsi 5,83%-ə bərabər olub.




Eyni zamanda, bu ilin yanvarın 1-nə Şərqi Zəngəzur iqtisadi
rayonundan cəlb olunmuş əmanətlərin həcmi 842 min manat olub ki, bu
da bir ay əvvəlki göstərici ilə müqayisədə 34 min manat, yaxud
4,2%, ötən ilin eyni dövrünə nisbətən isə 409 min manat və ya 1,9
dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş
əmanətlərin orta faiz dərəcəsi 5,38% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanın ümumi
regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 16,772 milyard manat
təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə isə 2,1 milyard manat və ya 14,4% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir