
Bakı. Trend:
Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandası qış
transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Bu barədə Trend-ə klubdan
məlumat verilib.
Məlumata görə, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə
əsasında heyətinə qatıb.
24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış
edəcək.

