“Milan”ın sabiq futbolçusu “İnter”in hədəfində

Baş səhifə

Bakı. Trend:

“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye İtaliya A Seriyasına
qayıda bilər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “İnter” Fil Dişi Sahili millisinin üzvünü
heyətinə qatmaq istəyir.




“Neradzurri” klubu ilə 6 aylıq müqaviləsi qalan Kessyeni yayda
azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır. “İnter”
artıq 29 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, “Əl-Əhli” Frank Kessyeni 2023-cü ilin yayında “Barselona”dan 12,5 milyon avroya transfer edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir