Rusiya ilə Ukrayna arasında ikitərəfli görüş keçiriləcək – Rubio

Baş səhifə

Bakı. Trend:

Rusiya və Ukrayna fevralın 1-də Əbu-Dabidə Ukrayna üzrə
nizamlanma prosesinə dair danışıqları ikitərəfli formatda davam
etdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə ABŞ-ın dövlət katibi Marko Rubio məlumat verib.

Onun sözlərinə əsasən, ötən həftə BƏƏ-də uzun fasilədən sonra
ABŞ-ın iştirakı ilə ilk dəfə üçtərəfli görüş təşkil olunub. Həmin
danışıqlarda ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi
Stiven Uitkoff, amerikalı iş adamı Cared Kuşner, həmçinin Rusiya və
Ukrayna tərəflərinin nümayəndələri iştirak ediblər.




Rubio qeyd edib ki, bu həftə nəzərdə tutulan növbəti görüş artıq
yalnız Rusiya və Ukrayna arasında baş tutacaq və bu mərhələdə
Stiven Uitkoffla Cared Kuşner prosesdə iştirak etməyəcəklər.

Eyni zamanda, ehtiyac yaranarsa, ABŞ nümayəndələrinin
danışıqlara qoşulması ehtimalı da istisna edilmir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir