İran təhdid etdi: "…cavab verəcəyik"

Baş səhifə

İranın Ali Liderinin siyasi müşaviri Əli Şamxani rəsmi Vaşinqtonun Tehran hakimiyyətinə qarşı hərbi hədələrinə kəskin cavab verib.

Modern.az xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Ə. Şamxani ABŞ-nin İrana qarşı hər hansı hərbi müdaxiləsinin İslam Respublikası tərəfindən müharibənin başlanğıcı kimi qəbul ediləcəyini bəyan edib:

“Belə bir addım atılacağı təqdirdə İranın cavabı dərhal, hərtərəfli və misli görünməmiş olacaq. İranın hədəfində təkcə təcavüzkar tərəf deyil, həm də “Təl-Əvivin ürəyi” və bu hücumu dəstəkləyən bütün tərəflər olacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir