“Çelsi” 18 yaşlı yarımmüdafiəçini geri çağıracaq

Baş səhifə

Bakı. Trend:

“River Pleyt” 18 yaşlı yarımmüdafiəçi Kendri Paesi “Çelsi”dən
icarə əsasında komandaya gətirilməsi barədə razılığa gəlib.

Trend xəbər verir ki, London
klubu Paesi “Strasburq”dakı icarədən geri çağırır. Ekvadorlu
futbolçu tibbi müayinədən keçmək üçün Buenos-Ayresə yola
düşəcək.




İcarə bir mövsüm üçün nəzərdə tutulub.

Paes keçən ilin yayında “İndependiente del Valle”dən “Çelsi”yə
transfer olunub və hələ İngiltərə klubunda bir dəqiqə də
oynamayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir