
Bakı. Trend:
Dekabrın birindən indiyə qədər ad, soyad və ata adını
dəyişdirənlərin sayı məlum olub.
Trend-in
sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 1
dekabr 2025-ci ildən bu günədək 476 nəfərin barəsində soyadın, adın
və ya ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib
olunub:
“Onlardan 357-si qadın, 119-u isə kişidir. Adın və ya ata adının
dəyişdirilməsi səbəbləri daha çox ərizəçini tərbiyələndirən şəxsin
adı ilə ata adı daşımaq arzusu, adın pis səslənməsi, çətin tələffüz
olunması və digər səbəblərlə bağlıdır”.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək 1206
nəfərin adı və ya ata adı dəyişdirilib. Onlardan 849 nəfər qadın,
357 nəfər isə kişi olub.
Eyni zamanda, onlardan 710 nəfər 18-29 yaş, 308 nəfər 30-39 yaş,
107 nəfər 40-49 yaş, 52 nəfər 50-59 yaş aralığında, 29 nəfər isə 60
yaşdan yuxarı şəxslər olub.

