Mertz Putinlə birbaşa danışıqlardan imtina etdi

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Mertz Ukrayna münaqişəsi ilə bağlı
Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparılması
çağırışlarını rədd edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Danışıqlar ilk növbədə Ukrayna ilə Rusiya arasında
aparılmalıdır. Biz burada vasitəçi rolunda çıxış etmirik”, – deyə
Mertz bildirib.




Bununla yanaşı, o qeyd edib ki, Almaniya tərəflər arasında
hazırda davam edən danışıqları dəstəkləyir və onların mümkün qədər
tez başa çatacağına ümid edir.

Bir gün əvvəl Almaniya Sosial-Demokrat Partiyasının (SPD)
parlament fraksiyasının xarici siyasət üzrə nümayəndəsi Adis
Axmetoviç kansler Fridrix Mertz ilə Rusiya prezidenti Vladimir
Putin arasında birbaşa danışıqların aparılmasına çağırmışdı.

Onun sözlərinə görə, hazırkı danışıqlar prosesində “cüzi
irəliləyiş” əldə olunub və avropalılar danışıqlar masasında təmsil
olunmurlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir