
Bakı. Trend:
Çin Myanmadan olan mütəşəkkil cinayətkar dəstələrlə bağlı 11
cinayətkarı edam edib. Həmin dəstələrə telekommunikasiya (onlayn)
dələduzluğu ilə məşğul olan qrupların əsas üzvləri də daxil
idi.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Həmin şəxslər sentyabr ayında ölüm cəzasına məhkum edilmiş, edam
hökmü isə şərqi Çjetszyan əyalətinin Vencou şəhərindəki məhkəmə
tərəfindən icra olunmuşdur. Agentlik cinayətkarlar barədə əlavə
detallar təqdim etməyib.
Son illərdə Çin regionda geniş yayılmış “fırıldaqçı mərkəzlərə”
qarşı mübarizəni gücləndirmək məqsədilə Cənub-Şərqi Asiya qonşuları
– Tailand, Myanmar və Kamboca ilə əməkdaşlığı artırıb.
Transmilli mütəşəkkil cinayət üzrə ekspertlərin sözlərinə görə,
bunun nəticəsində on minlərlə şübhəli şəxs öz ölkələrinə geri
qaytarılıb. Ötən il Çinin İctimai Təhlükəsizlik Nazirliyi bildirib
ki, onlayn qumar və telekommunikasiya dələduzluğunda şübhəli
bilinən 7 600-dən çox Çin vətəndaşı Tailandla sərhəddə yerləşən
Myanmanın Myavaddi şəhərindən repatriasiya edilib.

