
Bakı. Trend:
Trinidad əsilli müğənni Nikki Minaj ABŞ Prezidenti Donald Trampa
açıq şəkildə verdiyi dəstəyə görə ABŞ-də daimi yaşayış hüququnu
təmin edən “Trump Gold Card” (Trampın Qızıl Kartı) alıb.
Trend xəbər verir
ki, bu barədə ifaçı X sosial şəbəkəsində məlumat verib.
“Hazırda möhtəşəm və səxavətli prezidentim sayəsində vətəndaşlıq
sənədlərimin rəsmiləşdirilməsini yekunlaşdırıram. Vəsatətiniz üçün
təşəkkür edirəm! Siz olmasaydınız, bunu bacarmazdım. Vətəndaş
Nikki, sən zirvədəsən”, – deyə müğənni yazıb.
Minaj vurğulayıb ki, kartı ödənişsiz əldə edib, halbuki proqram
ilkin olaraq xarici investorlar üçün nəzərdə tutulmuşdu və ABŞ-da
daimi yaşayış hüququ üçün 1 milyon dollar məbləğində ödəniş tələb
edirdi.

