Dağıstanda terror aktının qarşısı alındı

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməliyyatçıları
Dağıstanda dəmir yolu sahəsində və dini obyektdə terror aktları
hazırlayan iki silahlı şəxs zərərsizləşdirilib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr
Mərkəzi məlumat yayıb.

Məlumata görə, cinayətkarların hədəfləri dini ibadət obyekti,
həmçinin Şimali Qafqaz Dəmir Yolunun Mahaçqala ərazi idarəsinə aid
Mahaçqala-Dərbənd dəmir yolu sahəsi olub.




Müəyyən edilib ki, Dağıstanın iki sakini “Telegram” vasitəsilə
bir ekstrimist cəlb edən şəxslə əlaqə qurub və terror aktları
törətməyə hazır olduqlarını bildiriblər. Kuratorun göstərişi ilə
onlar hədəfləri seçib, kəşfiyyat aparıb və kustar üsulla partlayıcı
qurğu hazırlayıblar.

FSB-nin açıqlamasına görə, Qarabudağkənd rayonunun Ullubiyevo
dəmir yolu stansiyası yaxınlığında terror aktı törətməyə cəhd
zamanı saxlanılarkən şübhəlilər silahlı müqavimət göstərib və cavab
atəşi ilə öldürülüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir