
Bakı. Trend:
İstedadların inkişafına kömək göstərən ABB ənənələrinə sadiq
qalaraq gənc şahmatçı Xaqan Əhmədə də dəstək verməyə başlayıb.
Azərbaycan Şahmat Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Bank
Xaqan Əhmədin fərdi məşqçilərlə hazırlığına, beynəlxalq yarışlarda
iştirakına yardım edəcək.
14 yaşlı şahmatçımız Xaqan Əhməd ötən ilin noyabrında
Monteneqroda keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq
çempion olub. Bundan əvvəl isə o, iyunda Londonda keçirilmiş
komandalararası rapid üzrə dünya çempionatında ABŞ-dan olan məşhur
qrossmeyster, dünya reytinqində ikinci yerin sahibi Hikaru
Nakamuranı məğlub etməsi ilə yadda qalıb. İstedadlı şahmatçının
qarşısında böyük hədəfləri var, ABB-nin dəstəyi ona hədəflərinə
çatmaqda kömək göstərəcək.
Bankın tərəfdaşlığı ilə Xaqan Əhmədin ilk yarışları fevralda
kişilər arasında keçiriləcək Azərbaycan çempionatı və apreldə
Polşada keçiriləcək Avropa birinciliyi olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial
şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

