
Kilsə-dövlət münaqişəsi yoxdur.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.
O qeyd edib ki, “kilsənin hakimiyyətini qəsb edən bir şəxs var”.
“Biz onu layiq olmadığı vəzifəsindən uzaqlaşdırmaq üçün bütün icazə verilən qanuni tədbirləri görəcəyik”, – Paşinyan vurğulayıb.

