Ötən il Azərbaycanda həyata keçirilən elektron ticarət əməliyyatlarının sayı açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda elektron ticarət vasitəsilə 5,8 min
əməliyyat həyata keçirilib və onların ümumi məbləği 441 milyon
manat təşkil edib.

Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin göstəriciləri ilə müqayisədə
elektron ticarət vasitəsilə həyata keçirilən əməliyyatların sayı
968 vahid və ya 14,2% azalıb, ümumi həcm isə 107 milyon manat və ya
19,5% aşağı düşüb.




2024-cü ildə Azərbaycanda elektron ticarət vasitəsilə 6,8 min
əməliyyat həyata keçirilib və onların ümumi məbləği 548 milyon
manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin sonunda Azərbaycanda bank sistemləri
və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının
sayı əvvəlki aya nisbətən 145 min artaraq 21 milyon 980 min ədədə
çatıb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5 faiz
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir