
Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş
kreditlərin həcmi 1,866 milyard manata çatıb.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 4,9 milyon manat və
ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,8 milyon manat
və ya 0,4% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat
təşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat
və ya 9,2% artım deməkdir.

