
Bakı.Trend:
Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq
ümumilikdə 12650 manat dəyərində məişət əşyalarını oğurlayıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən,
əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov
saxlanılıb. O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu
evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında
törətməyi planlaşdırıb. R.Dəmirovun analoji yolla Sabunçu rayonu
ərazisində də iki evdən 9000 manat dəyərində məişət əşyalarını
oğurladığı məlum olub.
Araşdırmalar davam etdirilir.

