
Bakı. Trend:
2025-ci ilin sonuna qədər Azərbaycanda rezident maliyyə
təşkilatları tərəfindən buraxılmış “American Express” kartları
(həmçinin statistik vahidin ödəniş kartları) ilə həyata keçirilən
əməliyyatların sayı 7 min, əməliyyatların həcmi isə 0,6 milyon
manat təşkil edib.
Trend bu barədə
Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “American
Express” kartları ilə həyata keçirilən əməliyyatların sayı 0,9 min
və ya 11,4 faiz, əməliyyatların həcmi isə 0,3 milyon manat və ya
33,3 faiz azalıb.
Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən
buraxılmış “American Express” kartları ilə həyata keçirilən
əməliyyatların sayı 1,6 milyon, əməliyyatların həcmi isə 0,8 min
manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.

