ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin
müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində
“ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış
olub.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, qonağa Prezident İlham Əliyevin müvafiq Fərmanı
ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə
məlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın
inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli
istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması
istiqamətində görülən işlərdən söz açılıb.




Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı
ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar
olunduqdan sonra yararsız vəziyyətə düşüb.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən
ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq,
hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks
dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış
imkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada
hazırlanan qida məhsullarından dadıb. O, ailə təsərrüfatlarının
dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD”
modelinin əhəmiyyətini vurğulayıb və quruma gələcək fəaliyyətində
uğurlar arzulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir