
Bakı.Trend:
AZCON Holding-in icraçı direktoru Şahin Babayev Çin Dəmiryol
Vaqon Korporasiyasının “Zhuzhou Locomotive” şirkətinin prezidenti
cənab Lyao Honqtaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirib.
Görüş zamanı dəmir yolu sahəsində icra olunan mövcud və
perspektiv layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda şəhər mobilliyi istiqamətində əməkdaşlığın növbəti
addımları nəzərdən keçirilib.

