Avtomobil qaz xəttinə çırpıldı: 160 abonent qazsız qaldı 

Baş səhifə

Naxçıvanda minik avtomobili qaz xəttinə çırpılıb.

Modern.az Naxçıvan Regional Qaz İstismarı İdarəsinə istinadla xəbər verir ki, hadisə  Şahbuz rayonunun Sələsuz kəndində qeydə alınıb.

Belə ki, avtomobil d-100 mm-lik qaz xəttinə çırpılıb, nəticədə qaz xətti yararsız hala düşüb.

Təhlükəsizlik səbəbilə 160 abonentə təbii qazın verilişi dayandırılıb. Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir