2025-ci ildə Azərbaycanda “UnionPay” kartları vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezident
maliyyə təşkilatları tərəfindən buraxılmış “UnionPay” kartları
(eləcə də statistik vahidə aid ödəniş kartları) üzrə aparılan
əməliyyatların sayı 0,2 min ədəd, həcmi isə 0,06 milyon manat
təşkil edib.

Bu barədə Trend
Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, 2024-cü illə müqayisədə “UnionPay” kartları üzrə
əməliyyatların sayı 0,1 min və ya 33,3 faiz azalıb, həcmi isə 0,01
milyon manat və ya 14,3 faiz aşağı düşüb.




Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə
təşkilatları tərəfindən emissiya olunmuş UnionPay kartları üzrə
əməliyyatların sayı 1,2 min ədəd, həcmi isə 0,2 milyon manat
olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,
Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları
tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş
bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə
əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış
kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan
tranzaksiyalardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir