
Bakı. Trend:
İcarə əsasında “Torino”da çıxış edən Kristian Asllani
karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Beşiktaş” albaniyalı futbolçunun xidmətində
maraqlıdır. “Qara qartallar” Asslanini icarəyə götürməyi
planlaşdırır. 23 yaşlı dayaq yarımmüdafiəçisi İstanbul klubuna
keçməyə isti yanaşır.
Qeyd edək ki, Kristian Asslani mövsümün əvvəlində “Torino”ya
icarəyə verilib.

