“Windows 11” istifadəçilərinin sayı 1 milyardı keçib

Baş səhifə

Bakı. Trend:

“Windows 11” əməliyyat sisteminin (ƏS) istifadəçi sayı bir
milyardı keçib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Windows mühüm bir mərhələyə çatdı – bir milyard istifadəçi”,- “Microsoft”un baş icraçı direktoru Satya Nadella bildirib.




Top-menecer bu açıqlamanı 2026-cı maliyyə ilinin ikinci rübünün
yekunları üzrə hesabat zamanı verib. Nadella vurğulayıb ki, aktual
əməliyyat sisteminin auditoriyası bir il ərzində 45 faiz artıb.

Jurnalistlər qeyd ediblər ki, “Microsoft” un məlumatlarına görə,
Windows 11 bir milyard istifadəçiyə Windows 10-dan daha sürətli
çatıb. Mövcud sistem bunu buraxılışdan 1576 gün sonra bacarıb,
əvvəlki nəsil əməliyyat sistemi isə bu göstəriciyə 1706 günə nail
olub.

Bununla yanaşı, müəlliflər xatırladıblar ki, “Microsoft” “Windows 11″in buraxılışından sonra üç il ərzində bir milyardıncı
istifadəçi barədə məlumat verməyi vəd etmişdi, lakin sonradan bu
müddətlərə düzəliş edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir