Parlament nümayəndə heyəti Azərbaycan səfirliyində

Baş səhifə

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin paytaxtı Məsqət şəhərində Azərbaycan Respublikasının səfirliyində olub.

Modern.az Milli Məclisə istinadla xəbər verir ki, Milli Məclisin sədri və parlament nümayəndə heyəti səfirlikdə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Daha sonra Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə görüşərək, onlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Spiker Sahibə Qafarova  səfirlikdə xatirə kitabına öz ürək sözlərini yazıb.

{gallery}

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir