20-ci sanksiya paketi nə vaxt qəbul ediləcək?

Baş səhifə

Avropa İttifaqı (Aİ) bu il fevralın 24-də Rusiyaya qarşı daha bir sanksiya paketi qəbul etməyi planlaşdırır və onun məzmunu ilə bağlı müzakirələr hələ də davam edir.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Kaja Kallas bildirib.

“20-ci sanksiya paketi ilə bağlı biz onu fevralın 24-də qəbul etməyi gözləyirik. Bu prosesin bir hissəsi olaraq ölkələr müxtəlif təkliflər irəli sürürlər”, – o qeyd edib.

Kallas vurğulayıb ki, sanksiyalar üzərində iş davam edir və məhdudlaşdırıcı tədbirlər paketi hələ razılaşdırılmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir