İran özünü müdafiə etməyə hazırdır – PEZEŞKİAN

Baş səhifə

İran prezidenti Məsud Pezeşkianın Pakistan və Qətər liderləri ilə telefon danışıqlarının təfərrüatı açıqlanıb.

Modern.az xəbər verir ki, Pezeşkian İslam ölkələri arasında birliyin möhkəmləndirilməsini və gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Əgər ABŞ həqiqətən diplomatiya axtarırsa, təxribatçı addımlarını dayandırmalıdır. İranın seçimi ləyaqətli dialoq və diplomatiya yoludur, bununla belə ölkə özünü müdafiə etməkdən çəkinməyəcək”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir