
Bakı. Trend:
Ümumi mərhələnin səkkiz turundan sonra Avropa Liqasında qələbə
uğrunda mübarizəni davam etdirəcək 24 komanda açıqlanıb.
Trend xəbər verir
ki, ümumi mərhələdə otuz altı komanda iştirak etdi. İlk səkkiz
komanda 1/8 finala vəsiqə qazandı. 9-cu yerdən 24-cü yerə qədər
olan klublar 1/8 finala vəsiqə qazanmaq üçün pley-off mərhələsində
oynayacaqlar.
1/8 finala vəsiqə qazanan komandalar Fransanın “Lion”,
İngiltərənin “Aston Villa” (hər ikisi 21 xalla), Danimarkanın “Midtyulland” (19), İspaniyanın “Betis”, Portuqaliyanın “Porto” və “Braqa”, Almaniyanın “Frayburq” (hamısı 17 xalla) və İtaliyanın “Roma” (16) komandaları olub.
1/8 finala vəsiqə uğrunda matçlarda Belçikanın “Genk” (16),
İtaliyanın “Bolonya”, Almaniyanın “Ştutqart”, Macarıstanın “Ferensvaroş” (hamısı – 15), İngiltərənin “Nottinqem”, Çexiyanın “Viktoriya”, Serbiyanın “Srvena Zvezda” (hamısı – 14), İspaniyanın “Selta” (13), Yunanıstanın “PAOK” və “Panatinaikos”, Fransanın “Lill”, Türkiyənin “Fənərbağça” (hamısı – 12), Şotlandiyanın “Seltik” (11), Bolqarıstanın “Ludoqorets”, Xorvatiyanın “Dinamo
Zaqreb” (hər ikisi – 10) və Norveçin “Brann” (9) komandaları
oynayacaq.
Pley-off mərhələsinin püşkatması yanvarın 30-da keçiriləcək. İlk
oyunlar fevralın 19-da, cavab oyunları isə fevralın 26-da
keçiriləcək.

